"Qarabağ" bu gün Çempionlar Liqasının keçid pley-off mərhələsində ilk oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, rəqib İngiltərənin "Nyukasl" klubudur.

Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

"Nyukasl" Liqa mərhələsini 12-ci yerdə bitirib.

Ağdam təmsilçisində ciddi itki yoxdur.

"Sağsağanlar"ın yarımmüdafiəçisi Bruno Gimarayeş isə bu görüşdə iştirak edə bilməyəcək.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

18 fevral (çərşənbə)

21:45. "Qarabağ" - "Nyukasl"

Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad

VAR: Rob Diyperink

AVAR: Dennis Hiqler

Tofiq Bəhramov adına Respublika Stadionu