AZ

Kilsədə partlayış:yaralılar var

ABŞ-nin New York ştatının şimalında yerləşən Boonville qəsəbəsində kilsədə baş verən partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir ki, hadisə Abundant Life Fellowship kilsəsində qeydə alınıb. 

Bildirilir ki, partlayış binada qaz qoxusu ilə bağlı daxil olan çağırışdan sonra baş verib. Yaralananlar arasında kilsənin pastoru və hadisə yerinə gələn yanğınsöndürənlər də var.

Məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti ağırdır. Partlayış nəticəsində kilsə binası ciddi zədələnib və bərpa olunmayacaq vəziyyətə düşüb. Hüquq-mühafizə orqanları hadisədə cinayət tərkibi əlamətlərinin aşkarlanmadığını bildirib. Hazırda insidentin bütün detalları araşdırılır.

Nuriyyə NATİQQIZI

Seçilən
34
redaktor.az

1Mənbələr