AZ

Ramazan ayının başlaması ilə bağlıFƏTVA VERİLDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

 

Senzor.az bildirir ki, fətvada deyilir: "Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək".

 

Qeyd olunub ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək: "Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcək.

 

Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur".

 

Hər il olduğu kimi, bu il də QMİ mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.

 

Bu təqvim İdarənin internet saytında (www.qafqazislam.com) yerləşdirilib.

 

Seçilən
60
16
senzor.az

8Mənbələr