AZ

Xabi Alonso “Marsel”ə baş məşqçi olmaqdan imtina etdi

Bakı. Trend:

İspaniyalı mütəxəssis Xabi Alonso Fransanın Marsel klubunuçalışdırmaq təklifini rədd edib.

Trend xəbər verirki, “Marsel” klubdan ayrılan Roberto De Dzerbinin istefasındansonra Alonso ilə əlaqə saxlayıb.

Lakin mütəxəssis təklifi qəbul etməyib. Klubdakı qeyri-sabitvəziyyət onun qərarına təsir göstərib.

Hazırda “Marsel” Fransa çempionatının Liqa 1 turnir cədvəlində22 oyundan sonra topladığı 40 xalla dördüncü pillədəqərarlaşıb.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl Real Sosyedad B vəBayer klublarını da çalışdırıb. O, “Bayer”lə Almaniyaçempionluğunu, Almaniya Kubokunu və Superkubokunu qazanıb. Alonsotəyinatından altı ay sonra, yanvarın 12-də Real Madridin başməşqçisi vəzifəsindən ayrılıb.

Seçilən
31
az.trend.az

1Mənbələr