AZ

Fransas daşqınlar: 100 min hektardan çox ərazi su altında qalıb

BAKI, 18 fevral. TELEQRAF

Fransanın cənub-qərbində davam edən daşqınlar nəticəsində 100 min hektardan artıq ərazi su altında qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "Belta" agentliyi məlumat yayıb.

Bildirilir ki, daşqınlar bir aydan çoxdur davam edir. Ən çox zərər görən ərazilər Qaronna, Luara və Şaranta çaylarının vadilərində yerləşən rayonlardır.

Fevralın 17-nə olan məlumata görə, Fransanın qərbində Men-i-Luara departamentində, eləcə də cənub-qərbdə Jironda və Lo-i-Qaronna departamentlərində “qırmızı” təhlükə səviyyəsi elan edilib. Daha 11 departamentdə isə “narıncı” təhlükə səviyyəsi qüvvədədir.

Subasmış ərazilərdən əhalinin təxliyəsi davam edir. 1,6 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.

Seçilən
41
teleqraf.com

1Mənbələr