AZ

İsrail hərbçiləri Qəzzanın cənubunda silah anbarını məhv etdi

BAKI, 18 fevral. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda silah anbarının aşkar edilərək məhv olunduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əməliyyat yeraltı hərbi infrastrukturun sökülməsi tədbirləri zamanı həyata keçirilib. Qeyd olunur ki, sözügedən gizli anbar HƏMAS hərəkatının hərbi qanadı tərəfindən istifadə olunurdu.

Anbarda çoxlu sayda atıcı silah, əl qumbaraatanı və partlayıcı maddələr saxlanılıb.

Bəyanatda qeyd olunur ki, İsrail ordusu atəşkəs razılaşmasına uyğun olaraq Qəzza ərazisində yerləşməyə davam edəcək və hərbçilərə və İsrail mülki vətəndaşlarına qarşı hər hansı bir təhdidin aradan qaldırılması üçün tədbirlər görəcək.

Seçilən
42
teleqraf.com

1Mənbələr