AZ

Zelenski: Rusiya və Ukrayna atəşkəsə nəzarətin mexanizmi ilə bağlı razılığa gəlib

BAKI, 18 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukraynanın Əbu-Dabidə keçirilən danışıqlar zamanı atəşkəsə nəzarət mexanizmi ilə bağlı ümumilikdə razılığa gəldiklərini iddia edib.

Teleqraf xəbər verir ki, Zelenski bu barədə "Axios" portalı müsahibəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər atəşkəs əldə olunacağı təqdirdə, ABŞ-nin rəhbərliyi altında və pilotsuz uçuş aparatlarından istifadə edilməklə monitorinq mexanizminin tətbiqi barədə prinsipial razılığa gəliblər.

Məqalədə qeyd olunur ki, Ukrayna bu prosesdə Avropa ölkələrinin də iştirakını istəyir, lakin Moskva buna qarşı çıxır.

Xatırladaq ki, daha əvvəl Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın Ukrayna deyil, Rusiya ilə bağlı güzəştlərə çağırışı səbəbindən narazı qaldığı barədə məlumatlar yayılmışdı.

Seçilən
38
teleqraf.com

1Mənbələr