ain.az, Footbal-plus saytına istinadən bildirir.
Antonio Konte dilinin bəlasına düşə bilər. “Napoli”nin baş məşqçisinin cəzalanmaq ehtimalı var.“La Gazzetta dello Sport”un xəbərinə görə, təcrübəli mütəxəssis İtaliya kubokunun “Komo” ilə matçında hakim Canluka Manyanellonu təhqir edib.Hadisə rəqib komandanın ispaniyalı müdafiəçisi Xakobo Ramonun iştirak etdiyi epizodda baş verib. Hakimin VAR monitoruna yaxınlaşaraq epizodu izləməsini tələb edən Konte əsəblərinə hakim ola bilməyib və referini “axmaq” adlandırıb.Məlumata görə, artıq yerli federasiya hadisə ilə bağlı video və səs yazılarını topladığı bildirilir. Konte günahını etiraf edib cərimə ödəməklə razılaşmasa, onu azı biroyunluq diskvalifikasiya gözləyə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.