AZ

Emin Ağalarovun həyat yoldaşı: "Əgər evli olmasaydım..."


Xalq artisti Emin Ağalarovun həyat yoldaşı Alyona Qavrilova sosial media hesabında ona ünvanlanan sualları cavablayıb.
Gender.az Axşam.az-a istinadla xəbər verir ki, o, "Həyat yoldaşınız problemlərinizin öhdəsindən gəlməkdə sizə kömək edir" sualına belə cavab verib:
"O, onları artırır. Amma əlbəttə: "Narahat olma!" deyir və elə bil hər şey bir anda yox olur".
A.Qavrilova "Əgər 40 yaşınız olsaydı, evli olmasaydınız və uşağınız olmasaydı, nə ilə məşğul olardınız?" sualını belə cavablayıb:
"Həyatı yaşayardım. Əgər söhbət konkret məndən gedirsə və ciddi şəkildə cavab verirəmsə… Özümə işimlə bağlı sual verərdim, gördüyüm iş məni məmnun edir, gəlir gətirir? Çünki sonrakı addımlar bundan asılıdır. Uşaq məsələsi ilə məşğul olardım, yumurtalıqlarımı dondurardım və donor axtarardım. Mənim üçün uşaq sahibi olmaq vacibdir. Uzun müddətdir təxirə saldığım bir səyahətə çıxardım. Və sağlamlığıma diqqət yetirərdim".
Qeyd edək ki, cütlüyün bu nikahdan Afina adlı qız övladı var.


Seçilən
1
3
gender.az

4Mənbələr