Azərbaycanda tanınmış bir qrup bloqer sosial şəbəkələrdə son dövrlər artan qaralama və onlayn təzyiq halları ilə bağlı mövqe nümayiş etdirib. Bloqerlər bildiriblər ki, rəqəmsal platformalarda hər hansı şəxsi hədəfə almaq olduqca asanlaşıb, məlumatlar sürətlə yayılır, auditoriya isə çox vaxt sensasiya naminə faktların yoxlanılmasına kifayət qədər diqqət yetirmir.
Yenilik.az Azərbaycan 24-ə istinadən xəbər verir ki, onlar vurğulayıblar ki, bu cür informasiya hücumlarının əsas hədəfi əksər hallarda qadınlar olur. Bloqerlər Alena Əliyevaya qarşı aparılan qaralama kampaniyasına toxunaraq, ona açıq dəstək nümayiş etdiriblər. Bildirilib ki, Alena Əliyevanın cəmiyyət üçün faydalı fəaliyyəti var və xüsusilə uşaqlara göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir.
Mövzu ilə bağlı Asya Aslanova, Aynur Babaxanova, Həcər Heydari, Sabi Orujova, Aysel Nəsirova, Mesi Rekhman, Leyla Nəsirli, Cavid Bayramlı, Pərviz Hüseynli və digər tanınmış bloqerlər sosial şəbəkələrdə paylaşımlar ediblər.
Xatırladaq ki, daha əvvəl Ukraynanın tanınmış jurnalisti və teleaparıcısı Katerina Solyar da Alena Əliyevaya qarşı aparılan qaralama kampaniyasına münasibət bildirib və internetdə yayılan mənfi iddiaların əsassız olduğunu çatdırıb.
Ukraynalı jurnalist Tatyana Qonçarova isə açıqlamasında bildirib ki, Alenanın heç bir qaranlıq keçmişi yoxdur.