AZ

Müvəqqəti yaşama ilə bağlı 6040 müraciət daxil olub

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 838 müraciət daxil olub.

DMX onu da qeyd edib ki, 2026-cı ilin yanvar ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ümumilikdə 1962 qərar qəbul edilib.

Seçilən
49
3
Ajans.az

4Mənbələr