AZ

Özünü adamlıqdan məhrum etmiş...

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Ruben Vardanyana hökm oxunub. Cinayət Məcəlləsinin bir "buket" maddəsi İlə ittiham olunan bu cinayətkar 20 il azadlıqdan məhrum edildi.

Bu məxluq DTX-nin təcridxanasında Nizami Gəncəvini, Hüseyn Cavidi mütaliə edəndən sonra da ailəsinə bu cümləni yazmışdı: "Artsax yaşayır və yaşayacaq".

Mən də bu haqda açıqlamamda demişdim: "Sovet dövründə də deyirdilər: " Lenin yaşayır və yaşayacaq". Ancaq hamı Mavzoleyə baxıb, görürdü ki, Lenin yaşamır və yaşamayacaq".

Əcnəbilər həmişə deyirdilər, Lenin ölüb. Sovet rəhbərləri də iki ayağın bir başmağa dirəşmişdi: "O sizin üçün ölüb, bizim üçün ölməyib". Amma Sovet quruluşu çökdü, hamı gördüyünü Mirzə Ələkbər Sabirin şeiri ilə dilə gətirdi: "...Hansı doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölüb əəə!"

Vardanyanın "Artsax"ı da çoxdan ölüb, amma, deyəsən, ona xəbər verməyiblər. Ya da hələ də xülya aləmində yaşayır...

Nizamini, Cavidi oxuyandan sonra da adam olmayıbsa, bunu heç qəbir də düzəltməz! Məhkəmənin hökmü ilə düzələsi deyil, məncə.

Əfsanəvi Leonid Qaydayın "Qafqaz əsiri" kinokonediyasında Georgi Vitsinin oynadığı obraz deyir: "Yaşasın bizim məhkəmə! Dünyanın ən humanist məhkəməsi"

Doğrudan da, məhkəmə Ruben Vardanyana 20 illik cəza verməklə humanistlik edib. Özünü ömürlük adamlıqdan məhrum etmiş bu məxluqa ömürlük azadlıqdan məhrumetmə cəzası yaraşırdı, elə deyilmi?!

Bahəddin Həzi,

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
bizimyol.info

1Mənbələr