AZ

Hərbi komissar 1 milyon rüşvət aldığını etiraf etdi, ancaq həbs olunmadı - Vasif Talıbov, oğlu Seymur...



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun məhkəməsi başa çatsa da, onun barəsində yayılan ilginc xəbərlər səngimir.

"Teleqraf"ın xəbərinə görə, məhkəmə araşdırması nəticəsində 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilən polkovnik-leytenantın ümumilikdə 223 nəfərdən 505 730 manat rüşvət aldığı müəyyənləşib.

Məhkəmədə ortaya çıxan maraqlı nüans isə onun, dediyinə görə, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilovun təlimatı ilə “preyskurant” tərtib etməsi olub. Belə ki, Həsən Məmmədov həmin “preyskurant” üzrə üçillik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3 000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlılara hərbi biletin verilməsindən ötrü 5 000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1 800 manat məbləğində rüşvət alaraq xidmət rəisinə çatdırdığını deyib.

Daha maraqlısı isə Mirzə Cəlilovun ifadəsi olub. O öz ifadəsində deyib ki, möhlət hüququ verilmiş çağırışçılardan ümumilikdə təxminən 800-900 min manat rüşvət toplayaraq Ali Məclisin sabiq sədri Vasif Talıbovun göstərişi əsasında oğlu Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə verib. “Seymur Talıbova verdiyim 900 min manat puldan mənə 10 faiz, təxminən 80 min manat çatıb. Yeddi faiz isə rayon şöbə rəisinin idi"- M.Cəlilov bildirib.

Qeyd edək ki, Həsən Məmmədov 2018-2023-cü illərdə, Mirzə Cəlilov isə 2024-cü ilədək göstərilən vəzifədə olub.

Əli TURABOV

Seçilən
20
26
baki-xeber.com

10Mənbələr