AZ

Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
41
2
unikal.az

10Mənbələr