AZ

Həbib Nurməhəmmədovun illik gəliri şok etdi

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Keçmiş UFC çempionu və Döyüş Sənəti Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərində illik gəliri 45 milyon dollardır.

Bakupost.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.

Qeyd edilib ki, Həbib Rusiyadakı biznesini tərk edərək BƏƏ-də investisiya fəaliyyətinə başlayıb. Ona məxsus KHABIB GYM idman zallarının illik gəliri 6 milyon dollar təşkil edir.

Xatırladaq ki, Həbib 37 yaşındadır. O, ilk dəfə UFC-də 2012-ci ildə meydana çıxıb. 2018-ci ildə yüngül çəkidə çempion titulunu qazanıb, çempionluq kəmərini üç dəfə uğurla qoruyub və karyerasını 2020-ci ildə başa vurub.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
www.bakupost.az

3Mənbələr