süni intellektin sürətli inkişafı bir çox ixstisaslara təlabatı azaltdığı kimi, yeni ixtisasların yaranmasına da səbəb olub.
Milli.Az xəbər verir ki, gələcəyin ən bahalı peşələrindən biri artıq Azərbaycanda hazırlanacaq.
2026-2027-ci tədris ilindən etibarən universitetlərdə yeni ixtisas - "Proqram təminatı mühəndisliyi" tədris olunacaq.
Artıq bununla bağlı universitetlər də müvafiq plan yerləri də ayrılıb. bakalavr üzrə 5500, magistr üzrə isə 1700 plan yeri ayrılıb.
"Proqram təminatı mühəndisliyi" ixtisasında təhsil proqramları beynəlxalq standartlara uyğun yenilənəcək, əmək bazarının real tələblərinə uyğun kadrlar hazırlanacaq, multidissiplinar, praktik yönümlü yanaşma tətbiq olunacaq.
Hazırda süni intellekt həllərinin tətbiqi və yeni texnoloji dövr üçün strateji hazırlıq gedir. Yəni yaxın illərdə IT sahəsində bilik və bacarıq, real karyera və yüksək gəlir deməkdir.
Milli.Az