“Borussiya Dortmund”un sağ cinah müdafiəçisi Yulian Ruerson uğrunda mübarizədə "Mançester Yunayted” və “Nyukasl” də qoşulublar.
İdman.Biz bu barədə Bild-ə istinadən bildirir.
Oyunçu uğrunda “Barselona”da mübarizə aparır.
Mənbənin məlumatına görə, hər iki İngiltərə klubunun skautları 28 yaşlı futbolçunun keyfiyyətlərini bəyəniblər. Onlar Ruersonu “hər oyunda hər şeyini verən sərt və nümunəvi döyüşçü” kimi təsvir ediblər. Qeyd olunur ki, Ruersonun İngiltərədə maaşı üçqat artırıla bilər.
Bu mövsüm Ruerson bütün yarışlarda 29 oyunda meydana çıxıb və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 20 milyon avrodur.