AZ

Müqaviləsi yeniləndi, klubda ən yüksək maaşı alacaq

style='margin-bottom:10px;'>

"Arsenal" futbolçusu Bukayo Sakanın müqaviləsini yeniləyib.

QOL.az "BBC"yə istinadən xəbər verir ki, "topçular" 24 yaşlı sağ cinah oyunçusu ilə 2030/2031 mövsümünün sonuna qədər nəzərdə tutulan yeni sözləşməyə imza atıb. 

Yeni anlaşma ilə Saka "Arsenal"ın ən çox məvacib alan futbolçusu olub. Məlumata görə, onun həftəlik qazancı 340 min avronu keçəcək.

Xatırladaq ki, futbolçu London klubunun heyətində indiyədək 296 oyuna çıxıb, 77 qol vurub və 78 məhsuldar ötürmə edib.

Seçilən
26
3
teleqraf.com

4Mənbələr