AZ

İran Netanyahu və xanımını "oğurladı" -VİDEO

ABŞ ilə İran arasında davam edən diplomatik təmaslara baxmayaraq, bölgədə gərginlik səngimir. Cenevrə şəhərində aparılan danışıqlar fonunda İran tərəfinin yaydığı bir video sosial mediada geniş müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, iranlı sosial media hesabları tərəfindən paylaşılan animasiya xarakterli videoda İsrailin Baş naziri Benjamin Netanyahu və  xanımı Sara Netanyahunun İran hərbçiləri tərəfindən keçirilən əməliyyat nəticəsində “qaçırıldığı” ssenarisi əks olunub. Real görüntülərdən ibarət olmayan video təbliğat məqsədli məzmun kimi qiymətləndirilib.

Sözügedən animasiyada İran qüvvələrinin İsrail ərazisində əməliyyat keçirdiyi və Netanyahunu əsir götürdüyü ssenari canlandırılır. Video qısa müddət ərzində müxtəlif platformalarda yayılaraq bölgədəki onsuz da yüksək olan gərginliyi daha da artıra biləcək psixoloji təsir aləti kimi dəyərləndirilib.

Qeyd edək ki,  sözügedən görüntülər ilə ABŞ-nin yanvarın 3-də Venesuelaya etdiyi basqınla üst-üstə düşməsi diqqət çəkib. Paytaxt Karakasda şənbə gecəsi həyata keçirilən və ölkə prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə ABŞ-yə aparıldığı bildirilən əməliyyat süni intellektlə canlandırılmışdı.

Seçilən
18
1
redaktor.az

2Mənbələr