AZ

Hesabatlardakı mürəkkəbliyə həll: QHT-lər üçün praktik təlimat təqdim olundu - FOTOLAR

Paytaxtda yerləşən “QHT-lər evi”ndə Özbəkistan QHT-lər Milli Assosiasiyası (O‘zNNTMA) tərəfindən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hüquqi və iqtisadi biliklərinin artırılması məqsədilə “Özbəkistan Respublikası Milli Statistika Komitəsinə və Vergi Komitəsinə hesabatların təqdim edilməsi üzrə QHT nümayəndələrinin bilik və bacarıqlarının artırılması” mövzusunda təlim-seminar təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir zamanı iştirakçılara sahə üzrə mühüm istiqamətlər barədə ətraflı məlumat verilib. Xüsusilə, Milli Statistika Komitəsinə hesabatların təqdim olunma qaydası və müddətləri izah edilib, Vergi Komitəsinə hesabat təqdim edilməsinin hüquqi əsasları, elektron sistemlərdən istifadə və vergi güzəştləri ilə bağlı təlimatlar verilib. Eyni zamanda, QHT-lər üçün hesabat proseslərinin sadələşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, göstərilən praktik dəstək və yaradılan şərait xüsusi vurğulanıb.

Xatırladırıq ki, vergi üzrə hesabatlar cari ilin 1 mart tarixinədək, statistik hesabatlar isə 4 mart tarixinədək təqdim edilməlidir!

Seçilən
51
qht.az

1Mənbələr