AZ

Payızlıq əkinlərə görə subsidiya ödənişlərinə başlanılıb

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə subsidiya ödənişlərinin ilkin mərhələsinə start verib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, payızlıq əkinlər üzrə 217 617 fermerin kartlarına 77,154 milyon manat məbləğində subsidiya köçürülüb. Ödənişlər təxminən 391 min hektar əkin sahəsini əhatə edir.

Hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş payızlıq əkinlər üzrə məlumatların və torpaq sənədlərinin yoxlanılması davam edir. Monitorinqləri başa çatan və tələb olunan sənədləri sistemə daxil edən fermerlərin ödənişləri mərhələli qaydada həyata keçirilir. Subsidiyaların ödənişi davam edəcək.

Seçilən
9
15
vergiler.az

10Mənbələr