İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa cavab verib.
Leqal.info xəbər verir ki, Xamenei bugünkü çıxışında bildirib ki, Tramp davamlı şəkildə ABŞ ordusunun dünyada ən güclü olduğunu deyir.
“Lakin dünyanın ən güclü ordusu da bəzən elə bir şillə yeyə bilər ki, yerindən qalxa bilməz. Hər dəfə İrana döyüş gəmisi göndərdiklərini deyirlər. Əlbəttə ki, bu döyüş gəmiləri çox təhlükəlidir. Ancaq gəmilərdən daha təhlükəlisi onları dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.
O, Trampın İran İslam Respublikasını məhv edə bilməyəcəyini vurğulayıb.
“ABŞ Prezidenti son çıxışlarından birində 47 ildir İslam Respublikasını məhv edə bilmədiyindən öz xalqına şikayət edir. Bu, yaxşı etirafdır. Mən də ona deyirəm: Sən də bu işi görə bilməyəcəksən!”, - Xamenei əlavə edib.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta