Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin ali təhsil, elmi tədqiqat və innovasiya naziri Azeddin Əl Midaui ilə görüşüb. Görüş zamanı tərəflər elm və ali təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.
Aznews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Daha sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.