AZ

"Qarabağ"ın prezidenti: "Nyukasl"la oyunun vacibliyini bilirik"

"Qarabağ" klubu sabahkı oyunun vacibliyini bilir.

Aznews.az xəbər verir ki, bu barədə "Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.

Funksioner Bakıda İngiltərənin "Nyukasl" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu barədə fikirlərini bölüşüb:

"Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında "24-lük"dəyik. Bu, möcüzədir. Hamımız qürurluyuq. "Qarabağ" sıx qrafiklə oynayır. Futbolçular yorğun olsalar da, motivasiya yüksək səviyyədədir. Sabahkı oyunun vacibliyini bilirik. Rəqibin büdcəsi bizimkindən bir neçə dəfə çoxdur. Nəticənin necə olacağını deyə bilmərik. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik".

Klub prezidenti Misli Premyer Liqasında da çempion olmaq istədiklərini sözlərinə əlavə edib:

Seçilən
21
2
aznews.az

5Mənbələr