AZ

Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti qarşılaşmalar baş tutub

Volyebol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib

Aznews.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında XIV tura start verilib.

Turun ilk oyun günündə "Murov Az Terminal" və "Gənclər" komandaları üz-üzə gəliblər. Abşeron Olimpiya İdman Kompleksində baş tutan matç "Murov Az Terminal"ın 3:0 (25:16, 25:14, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Qadınlar arasında yarışda isə XIII tura yekun vurulub. Son matçda "Gəncə" kollektivi "Gənclər"i 3:0 (25:10, 25:10, 25:9) hesabı ilə məğlub edib.

Seçilən
20
1
aznews.az

5Mənbələr