AZ

Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu, Saray qəsəbəsində küçə işıqlandırma sistemindəki nasazlıq sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, ərazidə quraşdırılmış işıq dirəklərinin bir qisminin istiqaməti dəyişdiyindən yolu deyil, göyü işıqlandırır.

Nəticədə, gecə saatlarında hərəkət edən sürücülər yol səthini aydın görməkdə çətinlik çəkirlər.

Sakinlərin sözlərinə görə, problem qəsəbədə uzun müddətdir davam edir.

Onlar məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən tədbir görüləcəyinə ümid etdiklərini bildirirlər.

Nərmin

Oxunub 4

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
avtosfer.az

1Mənbələr