AZ

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir?


"Bu, struktur dəyişikliyidir. Hər iki strukturun birləşdirilməsi Prezidentin səlahiyyətində olan məsələdir. Amma arzuolunandır ki, bu qurumlar birləşdirilsin".

Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla TƏBİB və Səhiyyə Nazirliyinin birləşdirilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibətində deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin tərkibində bu qurumların hamısı təmsil olunmaqla vahid bir rəhbərlik olsa idi, onların arasındakı assossativ əlaqələr təmin edilərdi və iş daha effektiv olardı:

"İndiki dövrdə ayrılan vəsaitin effektiv xərclənməsi, vətəndaşların bundan razı qalması üçün effektiv mexanizmlər düşünmək lazımdır. Hesab edirəm ki, bu mexanizmlər tükənməyib, sadəcə onları həyata keçirmək lazımdır".

Qeyd edək ki, ötən gün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.


Seçilən
9
2
medicina.az

3Mənbələr