AZ

İnam Ramazam ay boyunca canlı efirdə olacaq

ain.az bildirir, 525.az portalına istinadən.

Azərbaycanın efir məkanında və mənəvi mühitində özünəməxsus yeri olan "İnam" verilişi Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəylinin rəhbərliyi ilə  Ramazan ayında adi günlərdəki verilişlərdən fərqlənir. Belə ki, Ramazan ayında “İnam” verilişinə dəvət olunan tanınmış mənəviyyat adamları,  Ramazanın fəzilətləri, bu ayın rəhmət, şəfqət ayı olaraq insanlarımıza, xüsusilə gənclərimizə düzgün təbliğ edilməsi missiyasını öz üzərinə götürür.   Hər il “İnam” komandası Ramazan ayının başlandığı gündən bu məsuliyyətli vəzifənin öhdəsindən layiqi ilə gəlir. Bu verilişlərdə ölkənin dini mühitinə mesajlar verilir, gənc nəslə kənar təsirlərdən uzaq olmaq, dini mühitdə fitnə-fəsada yer olmadığı bir daha dilə gətirilir. Bu veriliş tək dini deyil, həm də mənəvi dəyərlərimizin, Azərbaycanda şəhidlik və qazilik müəssisəsinin cəmiyyətə, topluma aşılanmasına və gənclərimizin vətənpərvərlik ruhuna köklənməsinə xidmət edir. “İnam” verilişinin əsas məqsədi milli və mənəvi dəyərlərin doğru və düzgün şəkildə insanlara aşılanmasıdır. 

Bu il də “İnam” verilişi öz ənənənəsinə sadiq qalaraq  müqəddəs Ramazan ayı boyunca hər gün imsaka və iftara doğru canlı efirdə olacaq. İmsak doğru, süün erkən çağında 04:15-də, 2 saat, iftara doğru isə 18:11-də, bir saat yarım canlı efirdə olacaq. Ölkədə insanların milli-mənəvi dəyərlərə köklənməsinə, cəmiyyətin aydınlanmasına və maariflənməsinə öz tövhəsini verən “İnam” Azərbaycanın tanınmış ictimai xadinmləri, millət vəkilləri, mədəniyyət xadimləri, ilahiyyatçılarla birgə insanlara doğruluğun aydın yolunu göstərəcək. Allah yolunda tutulan orucun vacibliyi, oruc tutan insanın həm mənən saflaşdığı, pisliklərdən, bəd əməllərdən, qeybətdən uzaq dayandığı, dığı, həm də fiziki cəhətdən sağlamlaşdığı barədə barədə məlumatlar veriləcək. 

Xatırladaq ki, “İnam”ın hər bir verilişində olduğu kimi Ramazan verilişində də şəhidlərin ruhuna dualar oxunur. Həmçinin şəhid ailələrinin üzvləri, qazilər canlı yayıma qoşularaq öz istək və arzularını dilə gətirirlər. Eyni zamanda, digər müsəlman ölkələrində yayımlanan Ramazan buraxılışlarının izləyiciləri artıq Azərbaycanın milli və mənəvi dünyasının aynası olan “İnam” verilişinin tamaşaçısı olur. 

Hər il yüzlərlə vətəndaş Ramazan ayında oxunan Quranların xətmini “İnam” verilişinə həvalə edir. Bu Azərbaycanın dini mühitində bir ilk sayılır və  insanların verilişə olan inam və etimadıdır. İnsanlar oxuduqları Quran kəlamlarının məhz “İnam”ın işığında xətm olunmasını istəyirlər. 

"İnam" dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynayır. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin olduğunun dünyaya göstərə bilir. Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi "İnam" verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bilrlər. "İnam" da bir ay ərzində insanlar tək Ramazan ayı ilə yox, bütövlükdə İslam dinin və onun doğruları barədə din ailmərinin, ilahiyyatçıların elmi-nəzəri yanaşmasına şahidlik etdirlər. 

Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə "İnam" komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışır. 

Sevinc Qarayeva

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
119
525.az

1Mənbələr