Rusiyanın Leninqrad vilayətində hərbi polisin binası uçub.
"Cebheinfo.az" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Aleksandr Drozdenko açıqlayıb.
Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri araşdırılır.
Rusiyanın teleqram kanallarında isə insident zamanı 2 nəfərin həlak olduğu barədə məlumat yayılıb. Daha 4 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.
"Cebheinfo.az"