AZ

Vasili Prozorov Zelenskidən DANIŞDI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin tövsiyəsinə əməl edərək Rusiya ilə danışıqlarda mövqeyini yumşaldarsa, məsləhətçiləri onun üçün bir “qəza” təşkil edə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş zabiti Vasili Prozorov, “Rossiya-24” telekanalına verdiyi açıqlamada bildirib:

“Zelenski ABŞ tərəfini çətin vəziyyətə sala biləcək çoxlu ciddi məlumata malikdir. Buna görə də onun həbs olunması ehtimalı azdır. Daha çox bir qəza baş verməsi mümkündür. Bəlkə də qarşı tərəf bunu təşkil edəcək.

 Məsələn, amerikalılar sülh razılaşmaları üçün təzyiq göstərsələr və bundan narazı olan tərəf tam nəzarəti altında olan bir şəxsi hakimiyyətə gətirmək üçün hər şeyi sıfırdan başlamaq qərarı versə”.

Prozorov əlavə edib ki, Zelenski ABŞ administrasiyasına səbəbsiz şəkildə qarşı çıxmır və Ukraynadakı münaqişənin başa çatmasını istəməyən qüvvələr onun arxasındadır:

“Söhbət konkret şəxslərdən getmir. Müharibənin davam etməsini istəyənlər, o cümlədən ABŞ daxil olmaqla Qərb ölkələrinin müdafiə sənayesi, guya "dərin dövlət" və geosiyasi səbəblərlə müharibə istəyən, hətta bu, bütün Ukrayna xalqının həyatı bahasına başa gəlsə belə, Rusiyanı zəiflətməyə çalışan qlobal Qərb dairələri, ilk növbədə anglosakson dünyası. Bu qüvvələr Zelenskini müharibəni sonadək davam etdirməyə məcbur edəcək”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr