AZ

Dünya Çempionatına azarkeş marağı proqnozları doğrultmur?

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il futbol üzrə Dünya Çempionatının miqyasına baxmayaraq, azarkeş marağı hələlik təşkilatçıların proqnozlarını doğrultmur.

Yeniavaz.com xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) istinadla “The Touchline sosial” portalı məlumat verib.

Məlumata görə, biletlərin baha olması azarkeş marağının azalmasında əsas səbəbələrdən biridir.

Belə ki, “Forbes”in məlumatına görə, FIFA tərəfindən 155 dollara satılan biletlərin qiyməti vasitəçi saytlarda 1000 dollardan çox ola bilər. FIFA-nın 8680 dollara satdığı final üçün ən bahalı biletlər isə üçüncü tərəf platformalarında 57 000 dollara çata bilər.

Ancaq yüksək bilet qiymətləri azarkeşlər üçün problemlərdən yalnız biridir.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
yeniavaz.com

2Mənbələr