AZ

Son günlər Sudanda PUA hücumları 50-dən çox insanın ölümünə səbəb olub

Bakı, 17 fevral, AZƏRTAC

Son günlər Sudanın Kordofan və Sennar bölgələrində pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində 50-dən çox insan həlak olub.

AZƏRTAC xəbər verir ki, “Dabanqa” radiostansiyasının məlumatına görə, fevralın 16-da Qərbi Kordofan əyalətinin Əl-Sunut şəhərində məcburi köçkünlərin yaşadığı binaya zərbə endirilib. Hücum nəticəsində 12-si uşaq və 9-u qadın olmaqla, azı 26 nəfər ölüb.

Fevralın 15-də isə Şimali Kordofanın Sodari şəhərindəki bazara PUA hücumu 28 nəfərin həyatına son qoyub olub, onlarla insan yaralanıb. Yerli hüquq müdafiəsi təşkilatları ölənlərin sayının daha çox olduğunu istisna etmir.

Sudandakı vəziyyət 2023-cü ilin aprelindən başlayaraq Sudan Suveren Şurasının (Sudanın müvəqqəti hökuməti) sədri və ordu komandanı Əbdül Fəttah əl-Burhan ilə hərbiləşdirilmiş çevik reaksiya qüvvələrinin başçısı Məhəmməd Hamdan Daqalo arasında fikir ayrılıqları səbəbindən gərginləşib. Xartumda başlayan toqquşmalar qısa zamanda ölkənin digər bölgələrinə yayılıb. Ekspertlərin hesablamalarına görə, silahlı toqquşmalar azı 40 min insanın ölümünə, təxminən 14 milyon nəfərin evlərini tərk etməsinə və bir çoxlarının aclıq həddinə çatmasına səbəb olub.

Seçilən
61
2
azertag.az

3Mənbələr