AZ

“Hazırlaşmağa vaxtımız az oldu” - Qurban Qurbanov

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Nyukasl”la qarşılaşacaq.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib.

O bildirib ki, bu, çox vacib oyundur: “Bu, Azərbaycan futbol tarixində bir ilkdir. Həm də “Nyukasl” kimi köklü kluba qarşı oynamaq”.

Qurban Qurbanov hazırlaşmağa vaxtlarının az olduğunu vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Seçilən
15
3
redaktor.az

5Mənbələr