Bakı.Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentıiyi “mygov” platforması iləbağlı yeni videoçarxınıictimaiyyətə təqdim edib. Yeni çarxın əsas mesajı “mygov iləsənədlərim hər zaman üstümdə”-dir.
Videoçarxda vətəndaşlarıngündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonundarəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur. Bildirilir ki,artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzunnövbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri vəxidmətləri bir neçə kliklə əlçatandır. Çarx vasitəsilə “mygov”platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış,təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir.Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısınıalır, proseslər isə daha çevik və rahat şəkildə həyatakeçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 11-də“Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuşmüşavirədə əsas diqqəti dövlət xidmətlərinin vahid mərkəzdəbirləşdirilməsinin vacibliyinə yönəldib. Prezident vurğulayıb ki,son illər müxtəlif qurumlar tərəfindən çoxsaylı platforma vətətbiqlər yaradılsa da, artıq bu xidmətlər koordinasiyalı şəkildəvə tək mərkəzdən təqdim olunmalıdır. Onun sözlərinə görə, dövlətxidmətləri “mygov” üzərindən həyata keçirilməli, mövcudplatformalar isə mərhələli şəkildə vahid sistemdəbirləşdirilməlidir.Əsas məqsəd vətəndaşa lazım olan bütünxidmətlərin bir ünvandan, daha rahat, operativ və səmərəli şəkildətəqdim edilməsidir.
Videonu bu keçid vasitəsilə izləyə bilərsiniz: https://bit.ly/4bZRMnd