AZ

“Dilerlər risk etməmək üçün daha az sayda avtomobil gətirəcək, bu da seçim imkanlarını daralda bilər”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Bakı Gömrük Terminalının dayanacağı bir vaxtlar avtomobillərlə dolu olsa da, indi demək olar ki, boş qalıb. Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, ötən ilin sonuna qədər davam edən “idxal bumu” 2026-cı ildən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin başa çatması ilə səngiyib. İndi həm fərdi alıcılar, həm də iri dilerlər yeni avtomobil idxalında ehtiyatlıdırlar.2026-cı ildə avtomobil idxalının azalması bazara necə təsir göstərəcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, yeni avtomobillərin bahalaşması ikinci əl bazarına marağı artıracaq: “2026-cı ildən avtomobil idxalına tətbiq edilən gömrük və vergi güzəştlərinin başa çatması bazarda bir neçə istiqamətdə təsir göstərə bilər. Əvvəla, idxalın azalması yeni avtomobillərin təklifini məhdudlaşdıracaq. Təklif azaldıqca, xüsusilə daha çox tələbat olan modellərdə qiymət artımı müşahidə oluna bilər. Dilerlər risk etməmək üçün daha az sayda avtomobil gətirəcək, bu da seçim imkanlarını daralda bilər.

Digər tərəfdən, yeni avtomobillərin bahalaşması ikinci əl bazarına marağı artıracaq. İnsanlar daha münasib qiymətə alternativ axtaracağı üçün işlənmiş avtomobillərə tələbat yüksələ bilər və bu da həmin seqmentdə qiymətlərin artmasına səbəb ola bilər. Xüsusilə, yaxşı vəziyyətdə olan və az yürüşlü avtomobillər daha tez satıla bilər”.

Akif Nəsirli

“Bazarın ümumi həcmi qısamüddətli dövrdə kiçilə bilər. Çünki həm fərdi alıcılar, həm də iri dilerlər qeyri-müəyyənlik şəraitində daha ehtiyatlı davranırlar. Kreditlə satışlarda da azalma ola bilər, çünki qiymət artımı aylıq ödənişləri yüksəldir və alıcılıq qabiliyyətini zəiflədir.

Uzunmüddətli perspektivdə bazar yeni şərtlərə uyğunlaşa bilər. Rəsmi dilerlər daha çox rəsmi servis və zəmanət üstünlüklərini ön plana çıxara, bəzi şirkətlər isə daha sərfəli və az həcmli mühərrikə malik modellərə üstünlük verə bilər. Eyni zamanda, əgər bu seqmentdə əlavə təşviq mexanizmləri tətbiq olunarsa, alternativ nəqliyyat vasitələrinə, o cümlədən hibrid və elektrik avtomobillərinə maraq arta bilər”, – deyə Akif Nəsirli qeyd edib.

Günel Həsənova Bizimiyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
bizimyol.info

1Mənbələr