Aqrar sektorda prioritetlərin müəyyən edilməsində, vəsaitin sahələr arasında bölgüsündə uyğunsuzluq var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" rüblük bülletenində qeyd olunub.
Palatanını Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən apardığı təhlillər nəticəsində məlum olub ki, son illər heyvanların baş sayında davamlı olaraq azalma müşahidə olunsa da, “Heyvandarlıq sahəsinin inkişafı proqramı”nın icrasına (71,7 milyon manat) 2026-cı ildə cari ilin gözlənilən icra xərcləri ilə müqayisədə 3,6 milyon manat, yaxud 4,8% az vəsait nəzərdə tutulub.
“Heyvandarlıq sahəsinin inkişafı proqramı”nın icrasına 2024-cü ildə 59,8 milyon manat xərclənib. Bu “Bitkiçilik sahəsinin inkişafı proqramı”nın icrasına xərclənmiş vəsaitdən 6 dəfə azdır.