Belarus Prezidenti Aleksandr Lukaşenko qiymətlərə ciddi nəzarət və ədalətli qiymətlər əmri verib.
Ölkə.Az "Belta"ya istinadən xəbər verir ki, o,bu açıqlamanı hökumətin 2025-ci il hesabatını qəbul edərkən verib.
Prezident inflyasiyanı vətəndaşlar üçün bir nömrəli narahatlıq adlandırıb.
Lukaşenko bildirib ki, "Hökumət bizi nə qədər sakitləşdirməyə çalışsa da, hədəfi 105%-dən çox olmadığı halda, qiymətlər 106,8% artıb".
Belarus Prezidenti xatırladıb ki, iki il əvvəl yüksək qiymət mübahisələrindən sonra Baş nazirin birinci müavini Nikolay Snopkov yeni avtomatlaşdırılmış qiymət təhlili sistemini elan edib.
"İnflyasiya məsələsi insanlar üçün son dərəcə aktualdır və ölkəmizdəki qiymət xaosu qəbuledilməzdir", - Aleksandr Lukaşenko vurğulayıb.
"Başa düşməyənlərə təkrar edirəm: insanlar statistika yox, yemək yeyirlər! Buna görə də qiymətlərə nəzarət sərt, qiymətlər isə ədalətli olmalıdır!" - deyə Aleksandr Lukaşenko tələb edib.