AZ

ABŞ dünyanı silkələyəcək sirləri açmağa hazırlaşır

Böyük Britaniyanın Müdafiə Nazirliyi üçün 1990-cı illərdə UNO araşdırmaları aparmış ekspert Nik Poup ABŞ-ın sabiq prezidenti Barak Obamanın yadplanetlilər mövzusuna toxunmasının səbəblərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Nik Poup “Metro” nəşrinə verdiyi açıqlamada danışıb.

O bildirib ki, Barak Obamanın çıxışları insanları yadplanetlilərlə bağlı ciddi məlumatların açıqlanmasına psixoloji cəhətdən hazırlamaq məqsədi daşıya bilər:

“UNO araşdırmaçıları Obamanın bu sözlərini rəsmi təsdiq kimi qəbul etdi. Obamanın bəyanatları insanları son və rəsmi açıqlamaya alışdırmaq üçün aparılan kampaniyanın bir hissəsi kimi qiymətləndirilir. Hazır olun, qarşıda daha maraqlı hadisələr ola bilər”.

Ekspert bildirib ki, ABŞ-ın yaxın zamanda naməlum anomal hadisələrlə bağlı gizli saxlanılan sənədləri dərc etməyə hazırlaşdığı barədə şayiələr dolaşır./axar.az/

Seçilən
14
1
turkustan.az

2Mənbələr