AZ

Azərbaycan rəqəmsal dünyada aparıcı gücə çevriləcək

ain.az bildirir, Newscenter.az portalına istinadən.

XXI əsr elm və texnologiyanın inkişaf etdiyi tərəqqi dövrü və rəqəmsal sahədə yeni eranın başlanığıcı hesab olunur. Alimlərin hesablamalalarına görə artıq yaxın gələcəkdə süni intellekt, rəqəmsallıq bütün dünya xalqlarının həyatında mühüm amilə çevriləcəkdir. Azərbaycan dövləti daim dünyada baş verən elmi və texnoloji yeniklərə uyğunlaşmanı layiqincə təmin edir,həmçinin ölkəmizdə internet və rəqəmsal infrastrukturun inkişafına böyük investisiyalar yatırılır ki, bu da ölkəni qlobal rəqəmsal iqtisadiyyata inteqrasiya edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bu gün Cənubi Qafqaz regionunda rəqəmsal mərkəzə çevrilir. Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi, təbii sərvətlərdən, həmçinin onlardan əldə edilən gəlirlərdən düzgün istifadə edilməsi, həyata keçirilən mühüm layihələr sayəsində Azərbaycan bir neçə istiqamət üzrə tranzit ölkəyə, mühüm qovşağa çevrilib.Azərbaycan bütün sferalar üzrə sözün həqiqi mənasında bu gün hərtərəfli inkişaf yolundadır. Bildiyimiz kimi cari ilin fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti, doğma Partiyamızın Sədri, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.Dövlətimizin başçısı müşavirədə çıxış edib, müasir dövrün tələblərinə uyğun olaraq, geniş və məzmunlu nitqi ilə mühüm faktları diqqətə çatdırıb. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır."Azərbaycanın yeni rəqəmsal arxitekturası" ölkəmizi dünya dövlətləri arasında rəqamsal sahədə daha böyük uğurlar əldə etməyə yönəltmək və C.Qafqazın aparıcı gücünə çevirmək məqsədi daşıyır. Tural İsmayılov YAP Yevlax rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
newscenter.az

2Mənbələr