AZ

Mahir Emreli ən yaxşılar sırasında

“Legiya”nın Polşada son çempionluğundan bəri Varşava klubunun ən uğurlu transferlərinin reytinqi tərtib edilib.

Msport.az xəbər verir ki, 51 oyunçudan ibarət siyahıda 2021/2022 mövsümündə bu klubda oynamış Azərbaycan millisinin f hücumçusu Mahir Emreli də yer alıb.

O, 5-ci pillədədir: “Mahir Emreli (33 oyun, 11 qol) olduqca sirli hücumçudur. O, klubun onun üçün uyğun olmadığına inanaraq “Legiya”da cəmi yarım mövsüm oynadı (problemlər azarkeşlərin komanda avtobusuna hücum etməsindən sonra başlayıb – red). Sol ayaqlı, sürətli və aqressiv olan Emreli vacib və möhtəşəm qollar vurmuşdu. Avropa oyunlarında əla görünürdü, amma milli liqada diqqətəlayiq deyildi”.

Qeyd edək ki, Emreli “Legiya”dan ayrıldıqdan sonra “Dinamo” (Zaqreb), “Konyaspor”, “Nürnberq” klublarında çıxış edib və hazırda “Kayzerslautern”in formasını geyinir.

Seçilən
15
3
msport.az

4Mənbələr