AZ

Azərbaycanın xaricə satdığı azot gübrəsinin dəyəri kəskin bahalaşıb- Hər tonda $91 bahalaşma var

2025-ci ildə Azərbaycanın azot gübrələri ixracı 543.5 min ton təşkil edərək 170.8 mln. dollar dəyərində olub.

Banker.az xəbər verir ki, ötən illə müqayisədə həcm 4 faiz azalsa da, dəyər 35 faiz artıb. Bu da ixracın qiymət artımından qaynaqlanır. Karbamidin bir tonu keçən 2024-cü il xaricə 223 dollara satılırdısa, 2025-ci ildə qiymətlər hər tonda 91 dollar və ya 41% bahalaşaraq 314 dolları keçib.

Ən böyük ixrac həcmi və dəyəri Ukraynaya yönəlib. Bu ölkəyə 393.7 min ton ton gübrə ixrac olunaraq 125,5 mln. dollar dəyərindədir. 2024-cü illə müqayisədə tonaj 39 faiz artıb, dəyər isə iki dəfədən çox artaraq Ukraynanın ixracdakı payını daha da yüksəldib.

Kanadaya 70,2 min ton (20,5 mln. dollar) gübrə göndərilib. Argentina və Hindistana ixrac isə müvafiq olaraq 22,4 min ton (6.05 mln. dollar) və 13 min ton (4,68 mln. dollar) olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə SOCAR Karbamid Zavodu ümumilikdə 587 min ton karbamid istehsal edib ki, bu da illik müqayisədə 10% azdır.

Azərbaycanın xaricə azot gübrələri ixracı 2025-ci il  Miqdar, ton Dəyər, min USD Cəmi  543,531.84  170,773.06   Ukrayna  393,704.44  125,538.64   Kanada    70,241.95    20,538.94   Argentina    22,407.75      6,050.09   Hindistan    12,999.70      4,679.89   Türkiyə    13,487.90      4,647.41   Rumıniya      9,691.15      3,124.71   İsrail      6,923.70      2,154.88   Uruqvay      7,195.70      1,942.84   Bolqarıstan      3,982.35      1,194.70   Yunanıstan      2,099.40        629.82   Gürcüstan        797.58        271.00   Belarus            0.22            0.13 2024-cü il  ton  min dollar Cəmi  564,922.58  126,224.64   Ukrayna  282,241.25    63,280.26   Rumıniya    97,559.05    22,002.09   Türkiyə    86,151.65    16,814.90   Braziliya    52,964.89    13,366.81   Bolqarıstan    16,956.20      4,098.65   İsrail    12,481.55      2,934.94   Albaniya      7,993.10      1,628.49   Amerika Birləşmiş Ştatları      4,240.30      1,071.22   Argentina      2,967.05        682.42   Gürcüstan      1,367.54        344.87

 

Seçilən
40
banker.az

1Mənbələr