2026-cı ilin ilk Günəş tutulması başlayıb.
Azreform.info xəbər verir ki, bu barədə Rusiyanın Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
“təxminən 20 dəqiqə əvvəl Antarktidada Ayın yarımkölgəsi Yerə düşdü – bununla da bu ilin iki Günəş tutulmasından birincisi başladı”, -deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, Moskva vaxtı ilə saat 14:44-də (Bakı vaxtı ilə 15:44) Ay Günəşlə tam üst-üstə düşərək səmada alovlu halqa yaradacaq. Bu hadisəni Yer üzündə çox az sayda insan müşahidə edə biləcək.