AZ

Bu ölkədə qorxunc virus tüğyan edir

Nigeriyada son 5 həftə ərzində Lassa qızdırması səbəbilə 31 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin yaydığı açıqlamada bildirilib ki, yanvar ayından etibarən Lassa qızdırması epidemiyası ölkənin 9 ştatına yayılıb.

Qeyd olunub ki, son 5 həftədə ölkədə 165 Lassa qızdırması halı qeydə alınıb və xəstəlik səbəbilə 31 nəfər ölüb.

Bildirilib ki, müalicə mərkəzlərində 135 xəstənin müalicəsi davam etdirilir, ən azı 110 şübhəli hal üzrə isə təmaslıların izlənməsi aparılır.

Lassa virusu səbəbilə ötən il ölkə üzrə 215 nəfər həyatını itirmişdi.Lassa qızdırması Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə olunur.

Nigeriyada isə xəstəliyə ilk dəfə 1969-cu ildə ölkənin şimal-şərqində yerləşən Borno ştatında rast gəlinib.

Siçan nəcisilə təmas nəticəsində yoluxan xəstəlik insandan insana da keçə bilir və ölümcül hemorragik qızdırmaya səbəb olur.

Səlahiyyətlilər əhaliyə siçan və digər gəmiricilərlə təmasdan çəkinməyi tövsiyə edirlər.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması ilə bağlı fövqəladə vəziyyət elan etmişdi.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr