ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az Ermənistan mediasına istinadən bildirir ki, katolikos müstəntiqlə görüşdə özünə qarşı ifadə hüququndan istifadə edərək ifadə verməkdən boyun qaçırıb. Bundan əvvəl Ermənistanın İstintaq Komitəsi Erməni Apostol Kilsəsi (EAK) ilə münaqişədə Ermənistan hakimiyyətinə dəstək verən yepiskop Gevork Saroyanın rütbəsindən məhrum edilməsi barədə II Qareginin qərarından sonra cinayət işinin başlandığını açıqlayıb. II Qareginin vəkili Ara Zohrabyan prokurorluğun katolikosun Ermənistanı tərk etməsinə qadağa qoyduğunu bildirib. Erməni kilsəsi katolikosa qarşı cinayət işini “qanunsuz və siyasi motivli” adlandırıb. Xatırladaq ki, daha əvvəl üç yeparxiyanın rəhbəri müxtəlif ittihamlarla həbs edilib: arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Acapahyan, yepiskop Mkrtiç Proşyan və Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryan. Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.