AZ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin cəza müddəti endirildi

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Aznews.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, Səbail Rəayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deportasiya qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sabail rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılmalıdırlar.

Seçilən
48
10
aznews.az

10Mənbələr