AZ

Xamenei azərbaycanlılarla görüş keçirdi, mesaj verdi

Vaşinqton və Tehran arasında Cenevrədə danışıqlar keçirildiyi bir vaxtda İranın ali rəhbəri Əli Xamenei Şərqi Azərbaycan vilayətinin sakinləri ilə görüşüb.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Xamenei bildirib ki, İranda etirazlar zamanı baş verən toqquşmalar zamanı axıdılan qanı kədərlə və matəm içində qarşılayır və yas tutur.

O, ABŞ-dan danışıb və Trampı bölgəyə gəlmiş ABŞ gəmilərini “batırmaqla” hədələyib:

“ABŞ prezidenti daim deyir ki, ordumuz dünyanın ən güclüsüdür. Ən güclü ordu bəzən elə bir zərbə alır ki, yerindən qalxa bilmir. Onlar daima deyirlər ki, bir təyyarədaşıyanı İran istiqamətinə göndəriblər. Yaxşı, təyyarədaşıyan təhlükəlidir, əlbəttə, amma təyyarədaşıyandan daha təhlükəli olan onu dənizin dibinə göndərə biləcək silahdır”.

Seçilən
105
1
konkret.az

2Mənbələr