AZ

ABŞ-da hərracda Pokemon kolleksiyası kartı satılıb: Ginnesin Rekordlar Kitabına düşdü

7News.az xəbər verir ki, ABŞ-da Pokemon cizgi seriyasından kolleksiya kartı 16,5 milyon dollara satılaraq hərracda indiyə qədər satılan ən bahalı kolleksiya kartı olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Kartı 2021-ci ildə 5,2 milyon dollara alan amerikalı məzmun yaradıcısı və güləşçi Loqan Pol əvvəllər şəxsi satışda ən bahalı Pokemon kartı üzrə dünya rekorduna sahib olmaqla, onu hərraca çıxarıb. Cizgi filmindəki Pikaçu təsvir edən və nadirliyi ilə kolleksiyaçıları cəlb edən kart hərrac siyahısında 41-ci günündə alıcı tapıb.
Seçilən
20
7news.az

1Mənbələr