"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının 24-cü turunda "Jirona"ya 1:2 hesablı məğlubiyyətlə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis rəqib haqlı olaraq üç xal qazandığını etiraf edib.
"Barca Blaugranes" Flikin dediklərini belə çatdırıb: "Jirona" qələbəyə layiq idi. Müdafiədə çoxlu səhvlər etdik. Bundan başqa, əks-hücumda da çox zəif idik. Komanda çox boşluqlar buraxırdı. Yarımmüdafiəni tamamilə nəzarətsiz buraxmışdıq".
Bu nəticə ilə "Jirona" 29 xalla La Liqanın turnir cədvəlində 12-ci yerdə qərarlaşıb. "Barselona" isə 58 xalla ikinci pilləyə geriləyib.
Növbəti turda katalonlar fevralın 22-də evdə "Levante" ilə qarşılaşacaq.