AZ

“O tərbiyəsizliyi etmərəm”

Səslənən iddialara müğənni Aysun İsmayılova sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, ifaçı haqqında deyilən sözləri təkzib edərək, toy məclislərində həmkarlarına qarşı hörmətsizlik etməsinin mümkün olmadığını bildirib.

Sənətçi gün ərzində bir neçə məclisdə iştirak etdiyini və sıx qrafiklə çalışdığını deyib:

"Gün ərzində 3-4 yarım saatlıq toyda iştirak edirəm, qaçaqaçda oluram. Hər girdiyim toyda məclis yiyəsindən soruşmağa imkan olmur ki, toyu idarə edən müğənnilər kimdir, gedim görüşüm".

İfaçı xüsusilə həmkarları Yeganə Mürsəlova və Habilin onun barəsində dediklərini yalan adlandırıb:

"Onların mənim barəmdə dedikləri yalandır. Ola bilməz ki, onları görüm və salam verməyim. Mən o tərbiyəsizliyi etmərəm".

Müğənni əlavə edib ki, yarım saatlıq proqramla dəvət olunduğu məclislərdə əsasən öz repertuarını təqdim edir:

"Yarım saatlıq ifaçıyam. iPad-imdə lazım olan hər şey var. Öz darbukaçım var, onunla toya gedirəm. Musiqiçilərə ehtiyacım olmur. Nadir hallarda tək çağırırlar və öz mahnılarımı oxuyuram. Xalq mahnıları oxumağımı gözləmirlər".

Onun bu açıqlamaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Musa
Milli.Az

Seçilən
33
milli.az

1Mənbələr