AZ

Fevral ayında belə hava görülməmişdi – PROQNOZ

Azərbaycanda fevralın 18-də havanın temperaturunun 24 dərəcəyədək artacağı gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti  məlumat verib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

DOĞRU.AZ

Seçilən
28
49
dogru.az

10Mənbələr